Psiphonu necə istifadə etməli

Android üçün Psiphon

Öncə Android üçün Psiphon versiyanızın əsl olduğunu təsdiqləməlisiniz.

Androiddəki email proqramınızdan və ya veb səyyahınızdan Psiphon APK linkinə klikləməklə quraşdırmaya başlaya bilərsiniz. (Xəta haqda ismarıc alırsınızsa, kənar yükləməni aktivləşdirməli ola bilərsiniz.)

Psiphon tətbiqetməsini işlətməyə başlayan kimi o avtomatik olaraq Psiphon şəbəkəsinə qoşulmağa başlayır.

Screenshot of Psiphon for Android showing the status panel
  • Psiphon VPN və ya bütün qurğu modelində işləyir. Bütün tətbiqetmələr Psiphon üzərindən işləyir.
  • Status pəncərəsi seçilib
  • Psiphonu Bütün Qurğu modelində işlətmək üçün sizin Android 4.0+ versiyanız və ya köklənmiş alətiniz olmalıdır.

    Bu seçim köklənməmiş köhnə versiyalı Android alətlərində olmayacaq.
  • Boz: qoşulur
    Qırmızı: qoşulmayıb
    Mavi: qoşulub
  • Hazırda Psiphonun hansı versiyasını işlətdiyinizi göstərir

Screenshot showing the Psiphon for Android logs panel
  • Psiphon fəaliyyət girişləri

Screenshot showing the Psiphon for Android statistics panel
  • Qoşulma müddəti
  • Psiphon üzərindən ötürülən məlumat
  • Psiphon vasitəsilə alınan məlumat
  • Psiphon vasitəsilə göndərilən sıxılmış məlumat
  • Psiphon vasitəsilə alınan sıxılmış məlumat

Tətbiqetmə şəbəkəyə bir dəfə qoşulandan sonra Psiphon səyyahını işə salır. Android üçün Psiphon standart Android səyyahının və digər tətbiqetmələrin bağlantısını avtomatik olaraq tunelə yönəltmir. Bir qayda olaraq yalnız Psiphon səyyahı Psiphon şəbəkəsinə qoşulur.

Screenshot showing the Psiphon for Android web browser
  • Psiphon işləyir
  • Açıq səhifələr arasından keç
  • Hazırkı səhifəni bağla
  • Hazırkı səhifəni seçilmişlərə əlavə et
  • Yeni pəncərə aç

Windows üçün Psiphon

Öncə Windows üçün Psiphon versiyanızın əsl olduğunu təsdiqləməlisiniz.

Proqramı yükləyin və işə salın. İşə saldıqda, proqramın Psiphon İnc.-ə məxsus qanuni proqram olduğunu göstərən xəbərdarlıq görəcəksiniz.

Screenshot showing the Windows security warning for the Psiphon executable

Açan kimi Psiphon avtomatik olaraq qoşulmağa başlayır. Qoşulma prosesində fırlanan düymə görünür. Aşağıdakı tunelin modellərindən birini seçə bilərsiniz: VPN (İPsec üzərindən L2TP), SSH və ya SSH+ (SSH üstəgəl gizləmə, izlər tanınmasın deyə SSH üzərində dəyişkən qat yaradılır).

Screenshot showing Psiphon starting up on Windows

Yaşıl düymə yandıqda Psiphon serverinə qoşulma baş tutmuş sayılır. VPN modelində bütün trafikiniz avtomatik olaraq Psiphon üzərndən keçir.

SSH və SSH+ modelində Psiphon avtomatik olaraq Windows sisteminin proksi quraşdırmalarından istifadə edir və bu quraşdırmalardan istifadə edən tətbiqetmələrin trafiki Psiphonla tunellənir. Əsas veb səyyahlarının hamısı bir qayda olaraq bu quraşdırmalardan qəbul olunur.

Bundan əlavə SSH və SSH+ modellərində Psiphon tunelin bölünməsini təklif edir, belədə yerli yox, beynəlxaql trafik proksilənir. "Yerli saytları proksidən keçirməyin" opsiyasını seçin ki, tunel bölünsün. Buna klikləyəndə ismarıc bölməsində proksidən keçməyən domenlər haqda məlumat veriləcək.

Screenshot showing Psiphon connected on Windows

Proqramı bağlayan kimi Psiphon fəaliyyətini dayandırır. Həmçinin klikləməklə qoşulmanı yandırıb-söndürə bilərsiniz.